Menu

Ukrayna Leninqrad vilayətinə PUA hücumu edib

03.05.2026, 11:05
Ukrayna Leninqrad vilayətinə PUA hücumu edib

Ukrayna Rusiyanın Leninqrad vilayətinə gecə saatlarında kütləvi PUA hücumu həyata keçirib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin kütləvi hücumu dəf edilib, 60-dan çox PUA vurulub.

Qubernator əsas hədəfin Primorsk dəniz ticarət limanı olduğunu söyləyib. Bildirib ki, PUA hücumu nəticəsində limanda yanğın baş verib. Limana neft sızıntısı qeydə alınmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol