Menu

Azərbaycandan keçməklə Ermənistana 10 vaqon gübrə göndəriləcək

04.05.2026, 10:08
Azərbaycandan keçməklə  Ermənistana 10 vaqon gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Qeyd olunub ki, 10 vaqon gübrə Ermənistana göndəriləcək.

Vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.

Xatırladaq ki, ötən gün də 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol