Bu, Azərbaycan Prezidentinin Ermənistanda keçirilən tədbirdə video bağlantı vasitəsilə də olsa, ilk iştirakıdır.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən 8-ci Avropa Birliyi Zirvə Toplantısının açılışında deyib.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev İrəvanda keçirilən Avropa Birliyi Zirvə Toplantısının sammitində videokonfrans vasitəsilə çıxış edib. O deyib ki, Azərbaycanla Ermənistan arasında sülh artıq reallıqdır və Azərbaycan artıq Ermənistana 12 min ton neft məhsulları ixrac edib.
Paşinyan daha sonra sözügedən təşkilatın Bakı Zirvəzidnə şəxsən iştirak etmək istədiyini əlavə edib: "Ümid edirik ki, 2028-ci ildə, yəni 10-cu Avropa Birliyi Zirvə Toplantısı orada keçiriləcək zaman Azərbaycana səfər etmək imkanım olacaq".
Baş nazir qeyd edib ki, Ermənistan və Azərbaycan sammitə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyirlər.
“AzPolitika.info”

Şərhlər
Burda qalan erməni qohumlarının yanına?