Menu

"Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib" - SEPAH

04.05.2026, 13:30
"Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib" - SEPAH

Hörmüz boğazında İran ordusunun nəzarət və idarə etdiyi yeni zona müəyyənləşdirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

SEPAH-dan bildirilib ki, bu zona cənubdan İranda yerləşən Kuh-e Mobarak ilə BƏƏ-nin Fuceyra şəhərinin cənubu arasındakı xətdən, qərbdən isə İranda yerləşən Qeşm adasının son nöqtəsi ilə BƏƏ-nin Umm əl-Küveyn ərazisi arasındakı xətdən ibarətdir.

Eyni zamanda, qeyd olunub ki, qanunu pozan gəmilər saxlanılacaq.

“SEPAH-ın Dəniz Qüvvələri tərəfindən müəyyən edilmiş tranzit protokollarına uyğun hərəkət edən və koordinasiya ilə hərəkət edən mülki və ticarət gəmilərinin təhlükəsizliyi təmin olunacaq”, - məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol