Ermənistan və Azərbaycan arasında sülhün qurulması istiqamətində əldə edilən irəliləyişi alqışlayıram.

APA xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısında bildirib.

“Ermənistan və Azərbaycan arasında sülhün qurulması istiqamətində əldə edilən irəliləyişi alqışlayıram və Prezident İlham Əliyevin videobağlantı vasitəsilə iştirakını da yüksək qiymətləndirirəm”, - o qeyd edib.