İrəvanda keçirilən Avropa Siyasi Birliyi Sammiti, gözlənildiyi kimi, Moskvada böyük qıcıqla qarşılanıb.

“AzPolitika” xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev həmin tədbirlə bağlı paylaşımında Ermənistanın Baş naziri Nikol Paşinyanı və Ukrayna Prezidenti Volodimir Zelenskini "beyinsiz rusofoblar" adlandırıb.

"Bu gün İrəvanda rus dilində əla danışan iki beyinsiz rusofob pis danışdıqları ingilis dilində söhbət ediblər. Ancaq böyük ehtimalla bunlar kameralar üçün idi və sonradan isə onlar adət etdikləri böyük və qüdrətli dilə(rus dilini nəzərdə tutur-red.) keçiblər. Yalnız Tramp və Vens çatışmır ki, bu savadsızlardan ingilis dilində imtahan götürsünlər”, - deyə Medvedev Telegram-da yazıb.

Qeyd edək ki, Medvedev tutduğu rəsmi vəzifəyə baxmayaraq, bundan əvvəl də Ermənistan başçısının ünvanına təhqiramiz paylaşımlar edib. 

“AzPolitika.info”