Ukrayna PUA-sı Rusiyanın Çeboksarı şəhərində yaşayış binasına çırpılıb
"AzPolitika" xəbər verir ki, Ukraynaya aid pilotsuz uçuş aparatı Rusiyanın Çuvaş Respublikasının paytaxtı Çeboksarıda çoxmərtəbəli yaşayış binasına düşüb.
Hadisə nəticəsində Leninski Komsomol küçəsində yerləşən binanın bir neçə mənzili zədələnib.
Çuvaş Respublikasının Baş naziri Sergey Artamonov bildirib ki, hücum nəticəsində bir neçə nəfər yaralanıb.
Rusiyanın "Baza" Telegram kanalı 10 nəfərin yaralandığını, "Shot" kanalı isə bir nəfərin öldüyü barədə məlumat yayıb. Ölüm faktı ilə bağlı hələlik rəsmi təsdiq verilməyib.
Şəhərdə təhlükəsizlik tədbirləri çərçivəsində ictimai nəqliyyatın fəaliyyəti müvəqqəti dayandırılıb.

Şərhlər
Çox maraqlıdır niyə “ Ukrayna Rusiyada yaşayaış binasını vurub “ deyil Ukrayna PUA-sı yaşayış binasına düşüb kimi başlıq verirsiniz ? Bu təlimatdır ya yazarın öz təxəyyülü ? Çünki dünən rastım Rusiya dinc sakinlərə hücum edib, uşaqları daşıyan avtobusa hücum edib və s. başlıqlarla rastlaşdım. Elə yazın Rusiya PUA-sı avtobusa düşüb, binaya düşüb də yaza bilərsiniz də ) amma bəlli olduğu kimi PUA idarə olunan bir qurğudur. Düşürməsələr düşməz.