“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “ Erkən nikahların ailə instituna təsiri” adlı layihəsini respublikamızın Astara, Lerik, Yardımlı və Salyan rayonlarında həyata keçirəcək.
Hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nikahlardır.
Erkən nikah, yaxud uşaq nikahları 18 yaşından az olan uşaqların fiziki, mənəvi və psixoloji cəhətdən evliliyə və uşaq sahibi olmaq məsuliyyətini daşımağa hazır olmadan bağlanan nikahlardır.
Azərbaycan Respublikasının Ailə Məsəlləsində beynəlxalq qanunvericiliyə uyğun olaraq nikah yaşı son yaş həddi kimi 18 yaş müəyyən edilmişdir. Layihə çərçivəsində çalışacağıq ki, qarşıya qoyduğumuz məqsədlərə nail olaq.


Şərhlər