ABŞ Prezidenti Donald Tramp FED sədri Cerom Paueli hədəf almağa davam edir.
Dünən ABŞ prezidenti özünün "Truth Social" hesabında Pauellin "zibilə atıldığını" əks etdirən bir şəkil paylaşıb və onu ABŞ üçün fəlakət adlandırıb.
Qeyd edək ki, FED sədri Pauell 29 apreldə keçirilən mətbuat konfransında 15 mayda sədrlik müddəti başa çatır.
O, səlahiyyət müddəti başa çatdıqdan sonra qeyri-müəyyən müddət ərzində idarə heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcəyini açıqlamışdı.
"AzPolitika.info"


Şərhlər