Ermənistan və Fransa ikitərəfli münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa yüksəldiblər.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, sənədin imzalanmasından sonra keçirilən mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan tərəflərin indiyədək rəsmi strateji tərəfdaşlıq sazişi olmadan belə ciddi nəticələr əldə etməsinə diqqət çəkib.
“Əgər biz strateji tərəfdaşlıq haqqında razılaşma və sənəd olmadan bu qədər iş görə bilmişiksə, təsəvvür edirəm ki, bu tərəfdaşlıq qurulduqdan sonra bizi daha hansı uğurlar və nailiyyətlər gözləyir”, – deyə Paşinyan vurğulayıb.
Fransa Prezidenti Emmanuel Makron isə çıxışında qeyd edib ki, Paris son illərdə Ermənistanın silahlı qüvvələrinin modernləşdirilməsinə dəstək verməyə çalışıb.
Erməni mediaı yazır ki, İrəvan və Paris süni intellekt, kibertəhlükəsizlik və yarımkeçiricilər sahəsində əməkdaşlıq haqqında sazişlər; hərbi texnologiyaların inkişafı və müdafiə sistemlərinin tədqiqi sahəsində əməkdaşlıq haqqında, hərbi geyimlərin tədarükü barədə sazişlər imzalayıblar.
Tərəflər həmçinin nəqliyyat helikopterlərinin tədarükü, Ermənistan aviaşirkətinə iki A321-200NX təyyarəsinin satışı, Ermənistanın cənubunda Bərgüşad tunelinin tikintisi barədə razılığa gəliblər.
Rasim
“AzPolitika.info”

Şərhlər