Menu

"ABŞ və İran müharibəyə son qoya biləcək razılaşmaya yaxınlaşır" - Xarici KİV

06.05.2026, 14:39
"ABŞ və İran müharibəyə son qoya biləcək razılaşmaya yaxınlaşır" - Xarici KİV

ABŞ və İran müharibəyə son qoya biləcək razılaşmaya yaxınlaşır.

Bu barədə “Axios” nəşri məlumat yayıb.

Məlumata görə, sənəd gələcəkdə nüvə proqramı üzrə daha geniş danışıqlar üçün əsas çərçivə rolunu oynaya bilər.

Qeyd olunur ki, Vaşinqton Tehrandan qarşıdakı 48 saat ərzində sənədin əsas bəndləri ilə bağlı cavab gözləyir.

Təklif edilən razılaşmaya görə, hər iki tərəfin Hörmüz boğazı ilə bağlı tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulur.

Eyni zamanda İranın uranın zənginləşdirilməsini dayandırması, ABŞ-nin isə sanksiyaları yumşaldaraq İranın dondurulmuş maliyyə vəsaitlərini sərbəst buraxması planlaşdırılır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol