Menu

"Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur" - Siyavuş Novruzov

06.05.2026, 15:40
"Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur" - Siyavuş Novruzov

Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov komitənin bugünkü iclasında deyib.

O qeyd edib ki, sadəcə, hansısa obyekt müştərilərin onları rahat tapa bilməsi üçün bu köhnə adlardan istifadə edir: "Məsələn, reklam edilir ki, tədris kursu "Montin"də yerləşir. Halbuki bu adda yer yoxdur. Mən bunu özüm araşdırmışam. Ümumilikdə, yer adlarının dəyişdirilməsi məsələsini Milli Məclis yanında Toponimiya komissiyası ciddi araşdırır. Əgər ərazinin kökü varsa, axtarıb tapılır. Məsələn, vaxtilə biz Şəmkirdə Çardaqlı kəndini Çənlibel etdik. Halbuki ikisi də türk mənşəlidir. Yəni, kökü müəyyən ediləndən sonra adların dəyişdirilməsi tövsiyə oluna bilər".

Şərhlər

Səməd 2026-05-06 19:40:06

Adam kəllədir də.... Ölkədə bir dənə nöqsan var idi onu da Siyaquş eşələyib tapdı və həm də "kökünü" eşələyib tapdı həm də haqqınıb, güc edib gündəmə çıxardı. Vsyo day bundan başqa ölkəmizdə bir dənə də nöqsan,çatışmamazlıq qalmadı. İndi ay millət süddaşınızı yeyin və rahatca, arxeyin yıxılın yatın. Uraaaaaa

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol