Menu

İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib - FOTOLAR

06.05.2026, 15:44
İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib - FOTOLAR

Azərbaycan Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif edilmiş İqtisadiyyat Nazirliyinin və strukturuna daxil olan qurumların əməkdaşlarına medallar təqdim edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan dövlət quruculuğu və güclü idarəetmə modeli Azərbaycanın dayanıqlı inkişafının bünövrəsidir: "Ulu Öndərin milli intibah fəlsəfəsi dövlət siyasətində fundamental inkişaf prioritetlərinin formalaşdırılmasına və iqtisadiyyatımızın strateji inkişafına təkan verib. Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə Ulu Öndərin dövlətimizin tərəqqisi yolunda misilsiz xidmətlərini dərin rəğbət və böyük qürur hissi ilə vurğuladıq".

Şərhlər

Qasım 2026-05-06 22:01:29

Hansı meyara görə mükafatlandırılıblar. Əhalinin vəziyyəti günü-gündən pisləşir, ölkə iqtisadiyyatı isə tənəzzüldədir.

Mühəndis 2026-05-06 21:21:50

İri zavod.kombinatlar dağıdılıb,əvəzində heç nə yaradılmayıb.İşsizlik artır,importdan asılılıq getdikcə katastrofik surətdə artır.Azərbaycan sənaye ölkəsindən xammal ixrac edən ölkəyə çevrilib.Beləhalda hansı iqtisadiyyatdan danışmaq olar?

İlhamə 2026-05-06 19:50:57

Deyəsən səhv salmışıq e günü gündən batan bizim ölkənin iqtisadiyyatı deyilmiş Sinqapurun iqtisadiyyatı imiş. Tamamilə düz edib bizim dahi, əvəzedilməz iqtisadçı nazirimiz Mıkı müəllim olmaqla nazirliyin Vunderkind işçilərinə orden və medallar verilmişdir. Haramları olsun, burunlarının iki dediyindən fitil-fitil tökülsün ordenli yaxalarına. Amin ya rəbbil aləmin.

Vəli 2026-05-06 19:44:41

Molodets. İqtisadiyyatımız tənəzzül etdikcə nazirliyin işçiləri "Tərəqqi" medalı almaqları tamamilə məqsədə uyğundur.

iqtisadçı 2026-05-06 16:13:04

Azərbaycanın idxaldan asılılığı getdicə katastrofik həddə çatıb.Bundan utanmaq lazımdır.30 ildir ölkədəbir dənədəolsa insanarın işsizliyinin qarşısını almaq,xammalı ölkədə istehsal etmək ,sənayeni genişləndirmək əvəzinə (məsələn-pambıq,filiz və sair )xammal kimi satmaq səmərə sayılmaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol