Menu

Bəzi yerlərə intensiv yağış, Şahdağ və Daşkəsənə qar yağır - FAKTİKİ HAVA

06.05.2026, 15:59
Bəzi yerlərə intensiv yağış, Şahdağ və Daşkəsənə qar yağır - FAKTİKİ HAVA

Azərbaycanda hazırda bəzi yerlərdə arabir şimşək çaxır, yağış yağır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 6-sı saat 15:00-a olan məlumatında qeyd edilib.

Daşkəsən rayonunun yüksək dağlıq ərazilərinə və Şahdağda qar yağır.

Gədəbəy, Daşkəsən, Goranboy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Ağstafa, Tovuz, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Oğuz, Qəbələ, Bərdə, Ağdam, Tərtər, İsmayıllı, Altıağac, Quba, Qusar, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmirdə yağış yağır.

Göygöl, Zaqatala, Balakən, Şəki, Qax (Sarıbaş), Qəbələ, Şamaxı, Altıağac, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 200 m-dək məhdudlaşır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol