Ermənistanda 3-5 may tarixlərində səfərdə olan Fransa Prezidenti Emmanuel Makronla Ermənistan Baş naziri Nikol Paşinyanın həddindən artıq “isti münasibətləri” diqqət cəlb edib

AzPolitika” xəbər verir ki, sosial mediada xüsusilə də iki ölkə başçısının “vida mərasimi” ironiya ilə qarşılanıb. Kadrlardan da göründüyü kimi, Makronla onu təyyarəyə qədər yola salan Paşinyan sanki bir-birilərindən ayrılmaq istəmirlər. Üç dəfə təkrar qucaqlaşıb bir-birinə sarıldıqdan sonra nəhayət, Makron pilləkənləri qalxmağa başlayır. Lakin “ürəyi soyumayıb” yarı yolda dayanaraq, geri dönür və yenidən Paşinyana əli ilə “ürək işarəsi” göndərir. 

Paşinyan tərəfdarları iki kişi arasında bu dərəcədə “sıcaq münasibətləri” Fransa və Ermənistanın siyasi yaxınlığı ilə izah etdiyi halda, digər əksər şərhçilər bunun kənardan çox eybəcər göründüyünü qeyd edirlər...

AzPolitika.info”