Menu

Ermənistanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı

07.05.2026, 22:10
Ermənistanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı

Mayın 7-də Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri G. B. Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

"AzPolitika" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

"Səfirə V. Zelenskiyə Ermənistanda Rusiyaya qarşı terror təhdidləri etmək üçün platformanın yaradılmasının qəti şəkildə qəbuledilməz olduğu bildirilib”, - nazirlik qeyd edib.

Moskva İrəvanın Ukrayna prezidentinin “kobud davranışı”na mənfi qiymət verməməsini Rusiya-Ermənistan münasibətlərinin tərəfdaşlığa əsaslanan təbiətinə zidd hesab edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol