Menu

Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı açıqlandı

08.05.2026, 17:42
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı açıqlandı

Bu ilin I rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 350 min 492 manat həcmində 4 995 fırıldaqçılıq halı baş verib.

“AzPolitika” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə ölkədaxili fırıldaqçılıq hallarının 21,4%-i hesabların ələ keçirilməsi ilə bağlı olub. Ölkəxarici fırıldaqçılıq hallarının isə 60,2%-i kartın fiziki iştirakı olmadan həyata keçirilib.

Cari ilin yanvar-mart aylarında həm ölkədaxili, həm də ölkəxarici fırıldaqçılıq əsasən elektron ticarət və mobil tətbiqlər üzərindən baş verib. Ölkədaxili fırıldaqçılıq hallarının 98,3%-i, ölkəxarici halların isə 80,6%-i məhz elektron ticarət və mobil tətbiqlər vasitəsilə qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol