Menu

"Azərbaycanla üç sənəd layihəsi razılaşdırılıb" - Paşinyanın müavini

09.05.2026, 12:08
"Azərbaycanla üç sənəd layihəsi razılaşdırılıb" - Paşinyanın müavini

Son görüşdə komissiyalar tərəfindən gələcək iş üçün vacib olan üç sənəd layihəsi razılaşdırılıb.

“NEWS.am” xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Ermənistan və Azərbaycanın delimitasiya məsələləri üzrə müvafiq komissiyalarının işindən danışarkən bildirib.

Onun sözlərinə görə, sənəd layihələri proseduru təsvir edirlər, təbiətcə daha çox texniki xarakterlidir: “Lakin buna baxmayaraq, sənəd layihələri vacibdir, çünki biz onlara uyğun olaraq hərəkət etməyə davam etməliyik. Bu sənədlər hər iki ölkədə müvafiq olaraq daxili prosedurlar vasitəsilə təsdiqlənməlidir”. /Apa

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol