Menu

"Azad olunmuş ərazilərdə məktəblərin fəaliyyəti bərpa edilir" - Emin Əmrullayev

10.05.2026, 11:53
"Azad olunmuş ərazilərdə məktəblərin fəaliyyəti bərpa edilir" - Emin Əmrullayev

İşğaldan azad olunmuş ərazilərdə məktəblər mərhələli şəkildə öz doğma yerlərində fəaliyyətini bərpa edir.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, "Böyük Qayıdış" proqramı çərçivəsində insanlar öz yurdlarına qayıtdıqca məktəblər də həmin ərazilərdə fəaliyyətə başlayır:

"Zəngilanın, Cəbrayılın, Laçının və digər işğaldan azad edilmiş bölgələrimizin məktəbləri yaxın illərdə öz ərazilərinə qayıdacaqlar.

"Şuşa şəhər 1 nömrəli məktəb artıq Şuşada uğurla fəaliyyətini davam etdirir", - nazir qeyd edib.

Şərhlər

Zaur 2026-05-10 14:19:43

Mekteblerin sayini artirmaqla, temir etmekle tehsilin seviyyesi deyişen deyil. Esas iš keyfiyyetli muellimler ve normal bir tehsil sistemi qurmaqdir. Bu da ki yoxdur hele. Eksine daha da pis veziyyete salibsiniz tehsilimizi.

Nazir-ə 2026-05-10 13:27:23

Bu məktələrə hansı və harada yaşayan üşaqlar gedəcək? axəoralarda mskunlaşma hələ getmir.Formal 5-10 qara cammatı oralaea aparıb gətirmək məskunlaşma deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol