Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Niderlandın Rotterdam şəhərində tədbir keçirilib.
Bu barədə məlumat Azərbaycanın Niderlanddakı səfirliyinin "X" sosial şəbəkə hesabında yayılıb.
Bildirilib ki, Azərbaycan Niderlanddakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Benilüks Azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dahi rəhbərin həyatından bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edən səfir Məmməd Əhmədzadə Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. "Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik təmin olunub, mühüm iqtisadi islahatlara başlanılıb və milli ordu quruculuğunun əsası qoyulub", - o vurğulayıb və əlavə edib ki, H. Əliyevin müəyyənləşdirdiyi strateji kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkə regional liderə və qüdrətli dövlətə çevrilib.
Sonra Benilüks Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Elsevər Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan diasporunun təşkilatlanması və həmrəyliyin gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyətindən danışıb, dahi liderin zəngin dövlətçilik irsinin gələcək nəsillər üçün daim örnək olaraq qalacağını bildirib.
Tədbir Fransada yaşayan azərbaycanlı musiqiçilər - fleyta ifaçısı Ağarəhim Quliyev və pianoçu Eldəniz Ələkbərzadənin birgə yaratdığı "Duo Avey" musiqi qrupunun təqdim etdiyi bədii proqramla davam edib. Ulu Öndərin sevdiyi və ona həsr olunmuş musiqi əsərlərinin səsləndirildiyi proqram iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Niderlandın Rotterdam şəhərində tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi, Azərbaycan Respublikasının Diasporla İş pic.twitter.com/zdjCbB1qEc
— Azerbaijan in the Netherlands (@Azerbaijan_inNL) May 10, 2026

Şərhlər