Menu

Almaniya ABŞ-dən “Tayfun” və “Tomahawk” almaq müraciətini nəzərdən keçirir

12.05.2026, 08:11
Almaniya ABŞ-dən “Tayfun” və “Tomahawk” almaq müraciətini nəzərdən keçirir

Almaniyanın ABŞ-dən “Tayfun” qurğuları və “Tomahawk” qanadlı raketləri almaq istəyi hələ də nəzərdən keçirilir.

APA xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib.

"Birləşmiş Ştatlardan alğı-satqı daha əvvəl niyyət məktubu vasitəsilə elan edilmişdi. Hadisələrin xronologiyası belədir: 2023-cü ildə ELSA layihəsi işə salındı, 2024-cü ildə hər iki ölkə arasında sistemlərin mümkün yerləşdirilməsi müzakirə edildi və 2025-ci ildə “Tayfun” qurğuları ilə təchiz olunmuş sistemlərin tədarükü üçün hökumətlərarası sorğu qəbul edildi", - Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol