Menu

Lökbatanda anbarda yanğınla bağlı araşdırma aparılır

12.05.2026, 10:42
Lökbatanda anbarda yanğınla bağlı araşdırma aparılır

“Hava şəraiti küləkli olduğuna, həmçinin yanğın anbarda baş verdiyinə görə, hadisə yerinə əlavə qüvvələr cəlb edilib. Yanğın baş verən əraziyə 190 şəxsi heyət, 140-a yaxın xilasetmə, yanğın texnikası, 2 helikopter cəlb olunub. Yanğının söndürülməsi iatiqamətində tədbirlər davam edir. Ətrafdakı anbar yanğından tam mühafizə edilib”.

Bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev deyib.

. Onun sözlərinə görə, yanğın baş verən anbarda müxtəlif təyinatlı mallar yığılıb.

Qeyd olunub ki, hazırda yanğının baş vermə səbəbi araşdırılır, xəsarət alan yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol