Menu

Samsunda aramsız yağışlar daşqına səbəb olub - 12 nəfər xəsarət alıb

13.05.2026, 00:46
Samsunda aramsız yağışlar daşqına səbəb olub - 12 nəfər xəsarət alıb

Türkiyənin Samsun şəhərində yağan leysan yağışları daşqına səbəb olub.

"Haber Global" xəbər verir ki, axşam saatlarında Havza rayonunun mərkəzində aramsız yağışlar səbəbindən Hacı Osman Dərəsi ilə Tersakan Dərəsində su səviyyəsi yüksəlib, çox sayda evi, iş yerini və zirzəmini su basıb, avtomobillərə ziyan dəyib.

Aramsız yağışların səbəb olduğu daşqınlar səbəbindən 12 nəfər xəsarət alıb. Onların vəziyyətlərinin stabil olduğu bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol