Menu

"Veto hüququnun ləğvi Aİ-nin sonunun başlanğıcı ola bilər" - Fitso

13.05.2026, 07:37
"Veto hüququnun ləğvi Aİ-nin sonunun başlanğıcı ola bilər" - Fitso

Slovakiyanın Baş naziri Robert Fitso hesab edir ki, Avropa İttifaqında üzv ölkələrin veto hüququnun ləğvi birliyin dağılmasının başlanğıcı ola bilər.

APA xəbər verir ki, Fitso bu barədə Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə görüşündə danışıb.

“Slovakiya üçün bu prinsipial məsələdir. Əsas mövzularda veto hüququnun ləğvi Avropa İttifaqının sonunun başlanğıcı olar”, – deyə Baş nazir bildirib.

Hökümət başçısı qeyd edib ki, Slovakiya yeni ölkələrin Aİ-yə qəbulunu dəstəkləyir, lakin namizəd dövlətlər bütün tələbləri yerinə yetirməlidirlər.

O, eyni zamanda Brüsselin Serbiyaya münasibətdə ədalətsiz yanaşdığını düşündüyünü də vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol