ABŞ Prezidenti Donald Tramp Çinə səfərə “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask və “Nvidia”nın baş icraçı direktoru Censen Huanqla birlikdə yola düşüb.
"AzPolitika"nın məlumatına görə, onlar Prezident təyyarəsi “Air Force One”ın yanacaq doldurma məntəqəsində təyyarəyə miniblər. Xüsusilə Nvidia rəhbəri Censen Huanq səfərə son anda dəvət olunub və Alyaska dayanacağında heyətə daxil olub.
Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü ərəfəsində reallaşan bu səfərdə ticarət münasibətləri, texnologiya, Tayvan və İran məsələlərinin əsas müzakirə mövzuları olacağı gözlənilir.
"AzPolitika"

Şərhlər