İsrail aviasiyası Livanın cənubunda “Hizbullah”ın mövqelərinə yeni zərbələr endirib.
Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələrinin keçirdiyi hava hücumları nəticəsində ən azı 13 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.
"AzPolitika"nın məlumatına görə, Nəbatiyyə şəhərinə edilən hücumda iki mülki müdafiə əməkdaşı da daxil olmaqla beş nəfər həyatını itirib. Nəbatiyyə yaxınlığındakı Cibşit kəndində isə biri Livan ordusunun əsgəri olmaqla dörd nəfər ölüb.
Bint Cbeil sərhəd rayonundakı Kfar Dunin kəndinə endirilən zərbələr zamanı bir qadın və bir uşaq da daxil olmaqla daha dörd mülki şəxs həlak olub.
"AzPolitika"

Şərhlər