Menu

Lökbatanda yanğında anbarın 21 min kvadratmetri yanıb

13.05.2026, 10:13
Lökbatanda yanğında anbarın 21 min kvadratmetri yanıb

Ötən gün Lökbatanda baş verən yanğında anbarın 21 min kvadratmetri yanıb.

Bu barədə "AzPolitika"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46 000 kvadratmetr olan müxtəlif təyinatlı malların saxlanıldığı anbar 21 000 kvadratmetr sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, mayın 12-də səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün FHN-in 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub.

Şərhlər

Rəhimov 2026-05-13 12:03:20

Haram mal belə olur. Millətin ahı tutb.Gündəiymət qaldırıb xalqı soymaqla məşğul olanda bunu düşünməli idilər ki,Allah var! Ancaq onlarda düşünən baş sahədə kasıblıqdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol