“Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət şirkəti olan “Cənub Qaz Dəhlizi” QSC) üzrə kredit reytinqini dəyişməyərək “Baa3” səviyyəsində saxlayıb.
“AzPolitika” “Reporta”a istinadla xəbər verir ki, şirkət Azərbaycanda təbii qaz və qaz kondensatının hasilatı, nəqli və satışını həyata keçirir. “Moody’s” həmçinin şirkətin gələcək perspektivi ilə bağlı proqnozu “müsbət” qiymətləndirib.
Agentliyin açıqlamasında bildirilir ki, “Cənub Qaz Dəhlizi” Azərbaycan dövləti üçün strateji əhəmiyyət daşıyan layihədir və hökumət şirkətə ciddi dəstək verir. Hazırda şirkətin 49 faizi birbaşa dövlətə, qalan 51 faizi isə SOCAR-a məxsusdur.
Məlumata görə, Azərbaycan hökuməti şirkətin kiçik səhm paketini 2026-cı ilin sonuna qədər BƏƏ-nin dövlət neft şirkətinin investisiya bölməsi olan XRG-yə satmağı planlaşdırır. Bununla belə, “Moody’s” hesab edir ki, dövlət şirkət üzərində nəzarəti qoruyub saxlayacaq.
Agentlik vurğulayıb ki, şirkətin reytinqinə təsir edən əsas amillərdən biri dövlətlə sıx əlaqələr və maliyyə problemi yaranacağı halda hökumətin dəstək vermək ehtimalının yüksək olmasıdır.
“AzPolitika.info”

Şərhlər