Cəbhə bölgəsindəki Ukrayna PUA-larının uçuş məsafəsi durmadan artmaqla Rusiya ordusunun logistikasını çox çətin vəziyyətə salır ki, bu da cəbhədə irəliləyişi mümkünsüz edir. Ancaq Rusiyanın işğalçı qüvvələrinin problem bununla bitmir.

“AzPolitika” xəbər verir ki, 2026-cı ilin fevral-mart aylarından bəri Ukrayna Rusiya ordusunun arxa cəbhə ərazilərinə, o cümlədən cəbhə xəttindən uzaqda yerləşən əsas magistral yollara fəal şəkildə hücum edir. Ukrayna və Rusiya kanalları qeyd edir ki, dronları digər şəhərlərlə yanaşı, Mariupol və Donetskə də çatıb.

Ən böyük problem isə işğal olunmuş ərazilərdən keçərək Krıma gedən yeganə quru yolunun vurulmasıdır. Artıq Ukrayna PUA-ları cəbhə xəttindən təxminən 120 kilometr məsafədə olan Donetsk-Mariupol yoluna, eləcə də Mariupolun özünə qədər çatır və oradan keçən xüsusilə hərbi texnikanı və avtomobilləri hədəf alır. Ərazidən keçən dəmir yolları da hədəfdədir. 

Hətta işğal altındakı Berdyansk şəhərinə gedən yol da asanlıqla Ukrayna dronları tərəfindən vurulur. Bu isə işğal altındakı Krımın təchizatını çətinləşdirir. Ümumilikdə isə cəbhə xəttindəki Ukrayna dronları 150-200 kilometri vura bilirlər.

“AzPoitika.info”