Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-nin "Kolambus Kryu" klubundakı illik maaşı məlum olub.
"AzPolitika" xəbər verir ki, MLS Assosiasiyasının yaydığı məlumata görə, Azərbaycan millisinin 22 yaşlı hücumçusu ildə 550 min ABŞ dolları qazanır. Vergilər və əlavə ödənişlərlə birlikdə futbolçunun ümumi gəliri 633 min 389 dollara çatır.
Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında "Qarabağ" klubundan ABŞ təmsilçisi “Kolambus Kryu”ya transfer olunub. Gənc futbolçu yeni komandası ilə 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulan uzunmüddətli müqaviləyə imza atıb.
"AzPolitika.info"

Şərhlər