Menu

"İranla bağlı məsələlərin hərbi həlli yoxdur" - Əraqçi

14.05.2026, 23:42
"İranla bağlı məsələlərin hərbi həlli yoxdur" - Əraqçi

BŞ müxtəlif yollarla İrana qarşı təhdidləri təkrarlayır.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Biz bu təhdidlərə öyrəşmişik. Onlar (ABŞ nəzərdə tutur - Qeyd) uzun müddətdir ki, öz təhdidlərini müxtəlif yollarla təkrarlayırlar, lakin özləri də başa düşürlər ki, bu təhdidlərdən və hətta başlatdıqları müharibədən heç bir nəticə əldə etməyiblər və etməyəcəklər", - Əraqçi vurğulayıb.

Onun fikrincə, İranla bağlı məsələlərin hərbi həlli yoxdur: "İran təhdidlər qarşısında möhkəm dayanır və boyun əymir, bununla yanaşı, İranla hörmət dilində danışanlar eyni cavabı alırlar".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol