Menu

“Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb

15.05.2026, 10:33
“Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb

Kriptovalyuta bazarında müsbət dinamika davam edir

Son 24 saat ərzində əsas kriptovalyutaların böyük əksəriyyətində qiymət artımı qeydə alınıb.

"AzPolitika" xəbər verir ki, CoinMarketCap məlumatlarına əsasən, bazar lideri Bitcoin (BTC) 1,28% bahalaşaraq 80 601 ABŞ dollarına çatıb. BTC-nin bazar dəyəri hazırda 1,61 trilyon dollar təşkil edir.

Bazarın ikinci pilləsində qərarlaşan Ethereum (ETH) isə 0,19% ucuzlaşaraq 2 256 dollar səviyyəsində qalıb. Binance Coin (BNB) isə 1,56% bahalaşaraq 678,7 dollara yüksəlib.

Qızılla təmin olunan stabil aktivlər arasında Tether Gold (XAUt) 2,15% geriləyərək 4 584,9 dollara, PAX Gold (PAXG) isə 2,22% enərək 4 582,1 dollara düşüb.

Digər iri altkoinlərdən Zcash (ZEC) 2,95% artımla 544,1 dollara, Bittensor (TAO) 3,27% bahalaşaraq 305,1 dollara çatıb. Monero (XMR) isə 0,78% ucuzlaşaraq 396,2 dollara enib.

CoinMarketCap-in 20 indeks (CMC20) 1,26% yüksələrək 163,34 bəndə çatıb ki, bu da bazarda ümumi optimist əhval-ruhiyyənin saxlanıldığını təsdiqləyir.

Ümumi kriptobazarın kapitallaşması son sutka ərzində 1,34% artaraq 2,68 trilyon ABŞ dollarına yüksəlib.

Analitiklər bu artımı investorların riskli aktivlərə marağının artması, Bitcoin-in 80 min dollar səviyyəsindən yuxarı möhkəmlənməsi və ABŞ-da spot Bitcoin ETF-lərinə davamlı kapital axını ilə əlaqələndirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol