ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Co Baydeni tənqid edən və ÇXR lideri Si Cinpin qürurla tərifləyən paylaşım edib. 

"AzPolitika" xəbər verir ki. o bu barədə "Truth Social" şəbəkəsində yazıb.

"Prezident Si çox zərif bir şəkildə Birləşmiş Ştatları, bəlkə də, "solan bir millət" adlandırarkən, o, "yuxulu Co" Baydenin və onun administrasiyasının dörd illik hakimiyyəti dövründə vurduğumuz nəhəng ziyanı nəzərdə tuturdu və bu baxımdan o, 100% haqlı idi. Ölkəmiz açıq sərhədlərdən, yüksək vergilərdən, hər kəsə transgenderliyin sırınması, qadın idmanında kişilərin iştirakından, DEI siyasətindən (müxtəliflik, bərabərlik və inklüzivlik), dəhşətli ticarət sövdələşmələrindən, geniş vüsət alan cinayətkarlıqdan və bir çox başqa şeylərdən hədsiz dərəcədə əziyyət çəkib!

Prezident Si, Tramp administrasiyasının 16 təsirli iş ayı ərzində Birləşmiş Ştatların dünyaya nümayiş etdirdiyi inanılmaz yüksəlişi nəzərdə tutmurdu; bura rekord dərəcədə yüksək fond bazarı göstəriciləri və 401K pensiya hesabları, Venesueladakı hərbi qələbə və çiçəklənən münasibətlər, İranın hərbi darmadağın edilməsi (davamı gələcək!) — şübhəsiz ki, yer üzündəki ən güclü ordu, digər ölkələr tərəfindən ABŞ-yə investisiya qoyulmuş rekord 18 trilyon dollarla yenidən iqtisadi nəhəng, ABŞ tarixində indiyə qədərki ən çox çalışan insan sayı ilə ən yaxşı əmək bazarı, ölkəni məhv edən DEI siyasətinin kökünün kəsilməsi və dərhal sadalamaq mümkün olmayan daha çox şey daxildir. Əslində, prezident Si məni belə qısa müddət ərzində əldə olunan bu qədər möhtəşəm uğurlar münasibətilə təbrik etdi.

İki il əvvəl biz həqiqətən də solan bir millət idik. Bu məsələdə prezident Si ilə tamamilə razıyam! Lakin indi Birləşmiş Ştatlar dünyanın ən dinamik ölkəsidir və ümid edirəm ki, Çin ilə münasibətlərimiz həmişəkindən daha güclü və yaxşı olacaq!", — deyə Tramp bəyan edib.

"AzPolitika.info"