Mayın 15-də Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilir. 

Görüş çərçivəsində təşkilata üzv ölkələrin liderləri şəhərdə yerləşən bir sıra tarixi və mədəni məkanlarla tanış olublar.

Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev birlikdə səmimi görüntüləri ilə diqqət çəkiblər. Liderlərin mehriban söhbəti və birgə gəzintisi tədbirin ən yadda qalan məqamlarından biri olub.

Türküstan şəhərində keçirilən görüş çərçivəsində türk dövlətləri arasında əməkdaşlıq, regional əlaqələr və ortaq layihələr də müzakirə olunub.

Həmin fotoları təqdim edirik: