Menu

WUF13-də BMT və Azərbaycanın bayraqları qaldırılıb

17.05.2026, 15:25
WUF13-də BMT və Azərbaycanın bayraqları qaldırılıb

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkil olunduğu Bakı Olimpiya Stadionunda BMT-nin rəsmi bayrağının və Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

Tədbirdə Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqları qaldırılıb.

Bayraq qaldırma mərasimi forumun rəsmi başlanğıcını simvolizə edir və tədbirin yüksək beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirib.

Xatırladaq ki, WUF13 mayın 17-dən 22-dək davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol