Menu

Neftin qiyməti yenidən 110 dolları ötüb

18.05.2026, 09:09
Neftin qiyməti yenidən 110 dolları ötüb

Londonun "ICE" birjasında "Brent" markalı neftin iyun ayı üçün fyuçerslərinin qiyməti 5 maydan bəri ilk dəfə bir barel üçün 110 dolları ötüb.

"Report" xəbər verir ki, Bakı vaxtı ilə saat 02:00-a olan məlumata görə, "Brent" markalı neftin qiyməti 1,91% artaraq barel üçün 111,35 dollara çatıb.

Bakı vaxtı ilə saat 02:20-yə qədər "Brent" neftinin qiyməti artımını yavaşladaraq barel üçün 110,40 dollara çadıb (1,04% artım).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol