Menu

Gələn ay Ombudsmanların Bakı Sammiti keçiriləcək

18.05.2026, 10:19
Gələn ay Ombudsmanların Bakı Sammiti keçiriləcək

Gələn ay Ombudsmanların Bakı Sammiti keçiriləcək.

Bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı məlumat yayıb.

Qeyd edilib ki, Sammit "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusuna həsr olunur.

Tədbir insan hüquqları sahəsində müasir çağırışların beynəlxalq müstəvidə müzakirəsinə töhfə vermək məqsədilə 18 may-18 iyun tarixlərini əhatə edəcək "İnsan Hüquqları Aylığı"nın yekunu olaraq 18–19 iyun tarixlərində baş tutacaq

Sammit çərçivəsində mövzu üzrə fikir və təcrübə mübadiləsinin aparılması, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

Şərhlər

Kamil 2026-05-18 13:43:02

Azərbayan ombudsmanının əsl milliyyətinin nəolduğunu bilən varmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol