Ukrayna Prezident Ofisinin sabiq başçısı Andrey Yermak üçün məhkəmənin nəzərdə tutduğu girov məbləği ödənilib. 

“AzPolitika” xəbər verir ki, tələb olunan 140 milyon qrivnanın hələ mayın 15-də ödəndiyi məlum olub. Bu, təxminən 3.1 milyon ABŞ dolları deməkdir. Bu barədə onun vəkili məlumat verib.

Ukrayna Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin (AAKM) mətbuat xidməti məlumatı təsdiqləyib. Lakin AAKM-də məbləğin kim tərəfindən ödənildiyi barədə heç bir məlumat yoxdur.

Məhkəmədən deyilib ki, Yermak bu gün həbsdən azad edilə bilər.

Xatırladaq ki, məhkəmə mayın 14-də Yermakı həbs etmişdi. O, çirkli pulların yuyulmasında şübhəli bilinir. Məhkəmənin qərarına əsasən, Yermak beynəlxalq və diplomatik pasportlarını təhvil verməlidir. Həmçinin, onun iş üzrə təqsirləndirilən şəxslərlə, xüsusən də Timur Mindiç və Oleksiy Çernışovla ünsiyyət qurması qadağandır.

“AzPolitika.info”