İran prezidenti Məsud Pezeşkian bu gün bəyan edib ki, Tehran ABŞ ilə danışıqların əleyhinə yönəlmiş şüarları rədd etməli və dialoqu "ləyaqətlə" aparmalıdır.
"AzPolitika" xəbər verir ki, bu barədə Pezeşkianın mətbuat xidməti məlumat yayıb.
"Əgər danışıqlar aparmaq istəmirsinizsə, deməli, sonsuzadək müharibə etmək istəyirsiniz?" — deyə Pezeşkian hökumətin ictimaiyyətlə əlaqələr xidmətinin əməkdaşları ilə görüşündə bildirib.
Prezident həmçinin ictimaiyyətin dürüst məlumatlandırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, İranın çiçəkləndiyi, düşmənin isə çökdüyü barədə iddialar irəli sürmək tamamilə yanlış yanaşmadır.
"Onların da problemləri var, bizim də problemlərimiz var", — deyə dövlət başçısı etiraf edib.
Ölkədəki daxili böhrana da toxunan Pezeşkian xəbərdarlıq edib ki, İranda yüksək enerji istehlakı yay və qış aylarında ciddi çətinliklər yarada bilər. O, ölkənin gündəlik benzin istehsalının 100 milyon litr təşkil etdiyini, real tələbatın isə 150 milyon litr olduğunu diqqətə çatdırıb.
"AzPolitika.info"

Şərhlər