Sosial-iqtisadi durumu getdikcə ağırlaşan Sibirdə yerli əhali Moskvadansa, Çinə ümid etməyə üstünlük verirlər.
“AzPolitika” xəbər verir ki, bir qrup İrkutsk sakininin Vladimir Putinə videomüraciətində hakimiyyət orqanlarından şikayət edilib.
Sibirlilər Çindən kömək istədiklərini, hətta Çin dilini öyrənməyə də hazır olduqlarını qeyd ediblər. Ruslar məktəb yerlərinin kəskin çatışmazlığından şikayət etdikləri müraciətdə Rusiya hakimiyyətindən məktəb tikintisi üçün Çindən maliyyələşdirmə istəmələrini xahiş ediblər.
Moskvadansa Pekindən daha tez kömək alacaqlarını başa düşən sakinlər bunun üçün Çin dilini öyrənməyi də gözə alıblar: "Biz Çin dilini öyrənməyə hazırıq, çünki inanırıq ki, ona həqiqətən ehtiyacımız var. Çinlə mədəni əlaqələri fəal şəkildə inkişaf etdirmək bizim üçün yeganə mümkün yoldur".
“AzPolitika.info”

Şərhlər
İlkin və son yek SSRİ Prezidentinin Yeni siyasi-İqtisadi inteqrason-texnoloji qruplaşması (Şahnazar, İakovlev, Ağabek, Baqdasar, Haçatur, Krestofer, ... şaykası) de fakto SSRİ və SBni şərti *Qəeb*ə yei bölüşmə kimi təslim edib, öncədən Ukrayna, Moldova, Gürcüstan və Qafqazı varis Avropa evi-RFna birləşdirərək, opponentlərini üç PriBaltik respublikaları ilə Kreml-Daşnağ tələsi ilə azdırmağa çalışmışlar? Hamı Sülh istəyir və Sibir də təmkinli Çinə doğru, öz doğmmalarına qovuşurlar!