Menu

“Uşaq qaynar xətti”nə hansı məsələlərlə bağlı müraciət edildiyi məlum olub

19.05.2026, 15:29
“Uşaq qaynar xətti”nə hansı məsələlərlə bağlı müraciət edildiyi məlum olub

“Uşaq qaynar xətti”nə hansı məsələlərlə bağlı müraciət edildiyi məlum olub.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda əksini tapıb.

Ötən il “Uşaq qaynar xətti”nə 5520 müraciət daxil olub. Daxil olan müraciətlərdən 1606-i (29%) psixoloji, 823-ü (15%) sosial, 808-i (15%) zorakılıq, 730-u (13%) hüquq, 3023-i (5%) təhsil, 56-ı (1%) səhiyyə, 1196-ı (22%) digər məsələlərlə bağlı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol