Menu

Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb - Xəsarət alanlar var

19.05.2026, 23:39
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb - Xəsarət alanlar var

Türkiyənin Hakkari şəhərinin Şəmdinli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər yaralanıb.

Bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, sərnişin mikroavtobusu idarəetmədən çıxaraq, elektrik dirəyinə çırpılıb.

Hadisə yerinə polis, təcili yardım əməkdaşları cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol