ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffun tezliklə Rusiyaya səfər edəcəyi gözlənilir.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev Rusiya mediasına açıqlayıb.
Jurnalist Aleksandr Yunaşev bununla bağlı özünün “Max” kanalında yazıb: "Kirill Dmitriyev mənə Stiv Uitkoffun yaxın zamanda Rusiyaya səfər edəcəyini bildirdi”.
Daha əvvəl Vladimir Putinin köməkçisi Yuri Uşakov Uitkoff və Cared Kuşnerin tezliklə Rusiyaya gələ biləcəyini demişdi.
Onun sözlərinə görə, Vaşinqton Ukrayna münaqişəsinin həllini gündəmdə saxlayır və bunu Moskva ilə aktiv telefon əlaqələri də sübut edir.
Xatırladaq ki, Uitkoff və Kuşner bu il artıq Rusiyaya səfər ediblər. Onların Vladimir Putinlə son görüşü yanvarın 22-də Kremldə baş tutub. Gözlənilən yeni səfər Uitkoffun Moskvaya 8-ci səfəri olacaq. Lakin hələlik bu səfərlər və Putinlə danışıqlar heç cür Ukrayna müharibəsinə son qoya bilmir.
“AzPolitika.info”

Şərhlər