ABŞ lideri Donald Tramp və ailə üzvlərinin vergi yoxlamalarından ömürlük toxunulmazlıq alıblar.

Bu barədə ABŞ-nin “The New York Times” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ Ədliyyə Nazirliyi Donald Trump, ailə üzvləri və onunla əlaqəli şirkətlərin davam edən vergi yoxlamaları və mümkün hüquqi təqiblərdən qorunmasını nəzərdə tutan qərar qəbul edib.

Qeyd olunub ki, sənəd ABŞ hökuməti ilə Trump arasında əldə olunan razılaşmaya əlavə kimi hazırlanıb. Sənəddə hökumətin Trump, ailəsi və şirkətlərinə qarşı vergi işləri üzrə gələcəkdə məhkəmə iddiaları qaldırmasının qadağan ediləcəyi qeyd olunub.

Qərar vergi ekspertlərinin etirazına səbəb olub. Mütəxəssislər bunun qanunsuz ola biləcəyini və vergi sisteminə siyasi müdaxilə kimi qiymətləndirilə biləcəyini bildiriblər.

"AzPolitika.info"