İranın ali lideri Müctəba Xameneinin aylarla ictimaiyyət qarşısında görünməməsindən sonra İran rəsmiləri onun sağlam və ölkəyə rəhbərlik etdiyini göstərən mesajlar yaymağa başlayıblar.

Bu barədə ABŞ-nin “Financial Times” nəşri məlumat yayıb.

Məlumata əsasən, rəsmilər son həftələrdə onun vəziyyəti ilə bağlı daha çox açıqlama verərək həm daxili ictimaiyyətə, həm də xarici tərəflərə onun nəzarəti itirmədiyi barədə siqnal göndərməyə çalışırlar.

Hesabatda bildirilib ki, bu mesajlar ölkədə siyasi qeyri-müəyyənlik artdığı bir dövrdə idarəetmənin sabit olduğunu göstərmək məqsədi daşıyır.Eyni zamanda qeyd edilir ki, nüvə proqramı və Hörmüz boğazı ətrafında gərginlik fonunda Tehran rəhbərliyinin qərarvermə mərkəzində kimin real təsirə malik olduğu barədə suallar da güclənir."AzPolitika.info"