Bu gün Rusiya və Belarus arasında birgə nüvə qüvvələri təlimi başlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “BelTA” agentliyinin məlumatı və vidogörüntülər yayımlanıb.
Vladimir Putin və Aleksandr Lukaşenko təlimi videobağlantı vasitəsilə izləyirlər.
Putinin mətbuat katibi Dmitri Peskov isə Rusiya-Belarus hərbi nüvə təlimlərinin Avropa və NATO üçün bir siqnal olduğunu bildirib: "İstənilən təlimlər hərbi inkişafın bir hissəsidir və istənilən təlim bir siqnaldır."
Aleksandr Lukaşenko daha əvvəl Rusiya ilə birgə nüvə təlimlərində iştirak edən raket briqadalarından birini ziyarət etmiş, komanda məntəqəsini gəzmişdi. Ona “İskəndər-M” raket sisteminin buraxılış qurğusu nümayiş etdirib və simulyasiya edilmiş nüvə zərbəsi göstərilib.
Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri, Ukrayna Dövlət Milli Təhlükəsizlik Xidməti və polislə birlikdə Ukraynanın şimal bölgələrində gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirdiyini bəyan edib.
“AzPolitika.info”
— Afa (@02042006Afa) May 21, 2026

Şərhlər