Menu

WUF13 ilə əlaqədar dəyişdirilmiş avtobus marşrutlarının fəaliyyəti bərpa edilir

22.05.2026, 11:55
WUF13 ilə əlaqədar dəyişdirilmiş avtobus marşrutlarının fəaliyyəti bərpa edilir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 28 marşrutun əvvəlki sxemi üzrə, eləcə də müvəqqəti dayandırılan 4 ekspres marşrutun fəaliyyətini bərpa edir.

Bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, mayın 23-dən 15, 18, 31, 32, 60, 70, 71, 107, 107A, 118A, 118B, 125, 131, 133, 148, 162, 166, 168, 169, 173A, 173B, 197, 198, 199, 204, 214, 214A, M8 nömrəli marşrutların hərəkət sxemləri və müvəqqəti dayandırılan 120E, 121E, 140E, E1 nömrəli marşrutların fəaliyyəti bərpa olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol