“Günay Ağamalı "uşaqpulu valideyinlərdə tənbəllik yarada bilər" fikrini söyləyəndən bəri fikirləşirəm ki, bu uşaqpulunu nə qədər verəcəklər ki, valideyinlər də, uşaqlar da dolana biləcək, valideyinlərin işləməsinə ehtiyac qalmayacaq?”

“AzPolitika” xəbər verir ki, bu açıqlama ilə məşhur YAP-çı, yazıçı Xeyrəddin Qoca çıxış edib. 

O, bildirib ki, Kamal Abdulla da buna bənzər akademik səhv edib: “Deyib ki, qadınlar işləməsə yaxşıdır. Əvvəla, indi 16-cı əsr deyil! Bir də hörmətli Kamal müəllim, kişilərin qadınları dolandlrmağa maaşları çatacaq? Deyirsiniz xüsusi istedadları olan qadınlar işləsin. Dövlət vəzifələrində işləyən qadınların hansının xüsusi istedadı var? Bəlkə, siz "xüsusi istedadı olan qadın" deyəndə Günay Ağamalını nəzərdə tutursunuz?! pizza mizza

Kamal Abdulla, siz zamanında Ramiz Mehdiyevi "renosans dövrünün titanik filosoflarına" bənzətmişdiniz! O, "renosans dövrünün titanik filosoflarına" bənzəyirsə, Günay Ağamalı da XXl-ci əsrin titanik xüsusi istedadlı olan qadını ola bilər!”

Xatırladaq ki, deputat Günay Ağamalı “Günə doğru” verilişində bildirib ki, bu gün ailələrə sosial müavinət verilir: "Hesab edin ki, həmin uşaqpulu sosial müavinət adı altında verilir. İnanın ki, bu gün ölkəmizdə uşaqpulunun geniş şəkildə müzakirəsi də axı yoxdur. Müəyyən mənada müzakirələr olur, amma onun real olması, hesab edirəm ki, hazırda günün mövzusu və müzakirə məsələsi deyil.

Uşaqpulu məsələsi gündəliyə gələrsə və tətbiq olunarsa, bəs düşünmüsünüzmü ki, bu, valideynlərdə müəyyən asılılıq və ya tənbəllik yarada bilər? Yəni insanlar fikirləşə bilərlər ki, dövlət mənə uşaqpulu verir, mən artıq işləməyim. Bu, doğru yanaşma deyil. İnsanları əməyə alışdırmaq lazımdır, onları nələrdənsə asılı vəziyyətə salacaq imkanlar yaradılmamalıdır".