Hüseyn Məmmədov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
"AzPolitika" Bizim.media-ya istinadən xəbər verir ki, bununla bağlı AQTA sədri Qoşqar Təhməzli müvafiq əmr imzalayıb.
Bildirilib ki, Hüseyn Məmmədov bu təyinata qədər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müşaviri vəzifəsində fəaliyyət göstərib. Qeyd edək ki, H.Məmmədov müxtəlif dövrlərdə turizm sahəsində və ictimai sektorda rəhbər vəzifələrdə çalışıb.

Şərhlər
ümmiyyətlə Bu AQTA-nn həqiqi fəaliyytin görən hiss edən varmı? Azrbaycana gətirilən 50-60 min tona yaxın qidada istifadəsi qadağan olmuşş palma yağının harada necə istifadə olunduğunu,marketlərdə satışda olan "kərə yağlarının" sertifikata standarta uyğunlunu,makaron düyü məhsullarının istifadə müddətinə, tərkibinə nəzarət aparıldığını görən olubmu?O zaman AQTA nə işlə məşğul olduğu şübhə yaratmırmı?