Menu

Qəzada həlak olan 4 azərbaycanlı dəfn edildi - VİDEO

23.05.2026, 11:53
Qəzada həlak olan 4 azərbaycanlı dəfn edildi - VİDEO

Mayın 14-ü Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda baş vermiş dəhşətli avtomobil qəzasında həlak olan 8 nəfərdən dördü dünən dəfn edilib.

“AzPolitika” Aktual.ge-yə istinadən xəbər verir ki, meyitləri tanınmaz halda olan gənclərdən 4-nün nəşi mayın 22-si ailələrinə təhvil verilib.

Məhkəmə ekspertizası onların şəxsiyyətini dəqiqləşdirdikdən sonra cənazələr Tbilisidən gənclərin yaşadığı kəndə gətirilib və musiqi sədaları altında dəfn edilib.

Qeyd edək ki, “BMW” markalı avtomobilin sürətlə hərəkətdə olarkən aşaraq yanması nəticəsində 7 gənc hadisə yerində, 1 nəfər isə Rustavi şəhərindəki xəstəxanada ölüb. Onların hamısı azərbaycanlı olub. Vəfat edənlər arasında 4 qardaş (2 ailənin övladları) da olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol